Millimiz Belarusa ikinci dəfə uduzdu

01.07.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belarusda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.

Sportal.az xəbər verir ki, A milli Belarus yığması ilə qarşılaşıb. Minskdəki “Traktor” stadionunda təşkil olunan oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında iyunun 28-də keçirilən ilk matçda Belarus yığması 3:0 hesablı qələbə qazanıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью