Millimiz Belarusa uduzdu

04.06.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.

Bakupost.az xəbər verir ki, Belarusda təlim-məşq toplanışında olan Ayxan Abbasovun komandası bu ölkədən olan həmyaşıdları ilə üz-üzə gəlib.

Baranoviçi şəhər stadionunda oynanılan matç Belarusun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.

Qeyd edək ki, U-21 iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə yoldaşlıq görüşü keçirəcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью