Millimiz Belarusda yoxlama oyunu keçirdi

04.02.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.

AFFA-dan Modern.az-a bildiriblər ki, U-19 Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 6-da baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью