Millimiz Belarusu məğlub edib

13.08.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib.

Apasport.az xəbər verir ki, komandamız Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə iki dəfə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan hər iki görüş voleybolçularımızın qələbəsi ilə yekunlaşıb. Yığmamız hər iki  qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, komandamız Avropa çempionatına hazırlıq çərçivəsində Yunanıstan, Latviya və Belarus yığmalarının hər biri ilə iki yoxlama oyunu keçirib. Faiq Qarayevin rəhbərlik etdiyi millimiz bütün görüşlərdə qələbə qazanıb.

Ölkə çempionatı başa çatıb Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi başa çatıb Belaruslu voleybolçu "Murov Az Terminal"da Azərbaycan klubunda yeni müqavilə Kuba millisinin üzvü “Turan”da
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью