Millimiz Belçika ilə qarşılaşacaq

12.08.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu avqustun 13-də keçiriəcək.

Apasport.az xəbər verir ki, B qrupunda yer alan yığmamız bu dəfə Belçika yığması ilə üz-üzə gələcək.

Bu gün voleybolçularımız qarşılaşmanın təşkil olunacağı Roeselare şəhərinə yola düşüb. 

Qeyd edək ki, ötən il bu komandalar arasında baş tutmuş ilk oyunda rəqibin 3:0 hesablı qələbəsi qeydə alınıb.

Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edən millimizin yekun heyəti:
Hücumçular: Vüsal Qurbanov, Andrey Melnikov, Cavid Əzimov, Aslan Həmidov, Ruslan Əliyev, Kənan Həsənli, Mirəşrəf Rzazadə
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Mirhasil Seyidli, Əmirmehdi Ablou
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
Baş məşqçi: Fərid Calalov
Köməkçi məşqçilər: Akif Vəliyev, Cəlil Cəlilov

2026 Avropa çempionatı (təsnifat mərhələsi)
B qrupu
13 avqust 
20:15 Belçika - Azərbaycan

Xorvatiya millisinin üzvü "Milli Aviasiya Akademiyası"nda "Gəncə"də yeni müqavilə - RƏSMİ "Azərreyl" türkiyəli mütəxəssislə yeni müqavilə imzalayıb "Gəncə"dən növbəti transfer “Gəncə”də yeni legioner
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью