Millimiz Bosniya və Herseqovinaya MƏĞLUB OLDU

05.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Bizim.Media xəbər verir ki, yığmamız Zeniça şəhərində Bosniya və Herseqovinanın qonağı olub.
Oyunda hesab birinci hissənin başa çatmasına 2 saniyə qalmış açılıb. Meydan sahibləri fərqləniblər. İkinci hissədə yığmamız daha uğursuz çıxış edib. Nəticədə daha 6 qol vuran Bosniya və Herseqovina yığması 7:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, sabah komandalar arasında növbəti oyun keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью