Millimiz böyük hesabla uduzur YENİLƏNİB

20.11.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda altıncı qol vurulub.

"Unikal" xəbər verir ki, “Stroberri Arena"da keçirilirən görüşün 69-cu dəqiqəsində Dyekereş poker edib - 6:0.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

XXX

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda dörüncü və beşinci qollar vurulub.

"Unikal" xəbər verir ki, “Stroberri Arena"da keçirilirən görüşün 57-ci dəqiqədə Kulusevski dubl müəllifi olub.

58-ci dəqiqədə isə Dyekereş het-trik edib.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

XXX

01:01

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda ilk hissə başa çatıb.

"Unikal" xəbər verir ki, “Stroberri Arena"da keçirilirən görüşdə meydan sahibəri 3:0 hesabı ilə irəlidədirlər.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

XXX

00:24

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda üçüncü qol vurulub.

"Unikal" xəbər verir ki, “Stroberri Arena"da keçirilirən görüşün 37-cı dəqiqəsində Dyekereş dub müəllifi olub - 3:0.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

XXX

00:13

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda ikinci qol vurulub.

"Unikal" xəbər verir ki, “Stroberri Arena"da keçirilirən görüşün 26-cı dəqiqəsində Dyekereş fərqlənib - 2:0.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

XXX

23:57

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda meydan sahibləri hesabda irəli çıxıb.

"Unikal" xəbər verir ki, “Stroberri Arena"da keçirilirən görüşqn 10-cu dəqiqəsində Kulusevski hesabı açıb.

XXX

23:46

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Solna şəhərində üz-üzə gələn İsveç və Azərbaycan yığmaları arasında oyun başlayıb.

"Unikal" xəbər verir ki, “Strouberri Arena”da keçirilən görüş Bakı vaxtı ilə saat 23:45-də start götürüb.

Qarşılaşmanı polşalı Pavel Raçkovski idarə edir.

XXX

22:38

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək İsveç və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

"Unikal" xəbər verir ki, milli komandalar meydana aşağıdakı heyətdə çıxacaqlar:

Azərbaycan: Rza Cəfərov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Aleksey İsayev, Coşqun Diniyev, Ozan Can Kökçü, Toral Bayramov, Anton Krivotsyuk, Nəriman Axundzadə, Mahir Emreli

İsveç: Conasson, Strafelt, Auqustinsson, Sema, Ayari, Karlström, Kulusevski, Saletros, Nanasi, Gökereş, İsak.

Qeyd edək ki, “Stroberri Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-da start götürəcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью