Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan millisinin Bakıda keçirilən FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunları baş tutacaq.
Milli.Az xəbər verir, Famil Xəlilovun baş məşqçisi olduğu komanda eyni gündə 2 matç keçirəcək.
Saat 12:45-də Andorra ilə ilk qarşılaşma nəzərdə tutulir. Növbəti rəqib isə Avstraliya yığması olacaq. Görüş saat 19:30-da başlayacaq. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan mundialdakı ilk oyununda ötən gün Timor-Leste yığması üzərində 6:0 hesabı ilə qələbə qazanıb.
FIFA U-15 dünya çempionatı və festivalına oktyabrın 30-da yekun vurulacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)