Millimiz bu gün Estoniya ilə qarşılaşacaq

29.11.2024

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

19 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.

"Football-plus.az" xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Estoniya ilə qarşılaşacaq.
Cənubi Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 13.00-da başlayacaq.
Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsindəki ilk matçında İsveçrəyə 0:8 hesabı ilə məğlub olub. Milli dekabrın 2-də meydan sahibləri ilə münasibətləri aydınlaşdıracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью