Millimiz bu gün meydana çıxır

22.03.2025

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan milli komandası 2025-ci ildə ilk oyununa çıxacaq. 

Milli.Az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv yoxlama matçında tarixində ilk dəfə Haiti millisi ilə üz-üzə gələcək. 

Saat 21:45-də start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, hazırda Haiti millisi FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan yığması isə 117-ci yerdə qərarlaşıb.

Millimiz növbəti yoxlama görüşündə Bakıda Belarusla üz-üzə gələcək.

Yoxlama oyunu

22 mart

21:45. Azərbaycan - Haiti

Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. /Qafqazinfo

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью