Millimiz bu gün Rusiyayla qarşılaşacaq

28.11.2024

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Qadın futbolçulardan ibarət millimiz bu gün Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə səfərdə üz-üzə gələcək.
Soçi şəhərindəki FİŞT Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18.00-da start götürəcək. Görüşün baş hakimi tacikistanlı Nodira Mirzoyeva olacaq.
Qeyd edək ki, komandalar dekabrın 2-də yenidən üz-üzə gələcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью