Millimiz bu gün yoldaşlıq görüşündə Belarusla üz üzə GƏLƏCƏK

25.03.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusla üz-üzə gələcək.

Redaktor.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq görüşün start fiti saat 21:45-də səsləndiriləcək.

Qarşılaşmanın baş hakimi gürcüstanlı Aleko Aptsiauri olacaq. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Yoldaşlıq matçı

25 mart

21:45. Azərbaycan - Belarus

Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan).

Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan).

“Bank Respublika Arena”

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haiti ilə keçirdiyi yoldaşlıq matçında məğlub olub - 0:3.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью