Millimiz bu ilin ilk sınağına çıxır KONKRET

22.03.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan milli komandası bu gün 2025-ci ildə ilk oyununa çıxacaq. 

KONKRET.az xəbər verir ki, portuqaliyalı Fernandu Santuşun rəhbərlik etdiyi komanda yoldaşlıq matçında Haiti millisi ilə üz-üzə gələcək.

Bu, komandaların tarixlərində bir-birlə ilk qarşılaçmasıdır.

Millimiz rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Görüş 21:45-də start götürəcək.

Haiti millisi hazırda FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan yığması isə 117-ci yerdə qərarlaşıb.

Milli komandamız sonuncu yoxlama oyununu ötən il iyunun 11-də Qazaxıstana qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 3 gün sonra Azərbaycan millisi növbəti yoxlama görüşündə Bakıda Belarusla üz-üzə gələcək.

Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью