Millimiz Cəbəllütariqi məğlub edib YENİLƏNİB

28.10.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib.

Apasport.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) Cəbəllütariq seçməsi ilə üz-üzə gəlib.

Hövsan Yarış Kompleksində baş tutan görüş təmsilçilərimizin qələbəsi ilə başa çatıb - 5:1.

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Komanda C divizionundakı ilk matçında Çiliyə 1:3 hesabı ilə məğlub olub. Yığma AF qrupunda Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB Zaur İsmayılov: “İkinci hissədə bunun nəticəsini gördük” “Sumqayıt” - “Şəfa” matçının məkanı dəqiqləşib Bakıda Arsen Vengerin iştirakı ilə "ustad dərsi" təşkil olunub Azərbaycan millisinin dünya çempionatındakı növbəti rəqibi bəlli oldu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью