Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan yığması Millətlər Liqasında Litva ilə səfərdə heç-heçə etdi.
Veteran futbolçu, hazırda “Neftçi”nin U-21 komandasına rəhbərlik edən Rəşad Abdullayev milli ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Litva ilə oyunu necə şərh edərdiniz?
– Milli Litvaya qarşı çox yaxşı təsir bağışladı. Əsasən də, ikinci hissədə üstün oynadıq. Qola erkən reaksiya verməyimiz yaxşı oldu. Yeni komanda formalaşır.
– Ayxan Abbasovun gəlişindən sonra millidə hansı dəyişikliyi müşahidə etmisiniz?
– Mütəxəssis kimi fikir verirəm ki, millimiz cəsarətli oynayır, ruh var. Bu da yığmaya yerli məşqçinin rəhbərlik etməsindən irəli gəlir. Futbolçuların ürəklə oynaması bizi sevindirir. Həmişə arzuladığımız cəsarətli oyun olub. Futbolçular Litvanı məğlub edə bilərdilər, ancaq alınmadı.
– Millinin liderlikd şanslarını necə görürsünüz?
– Səfərdən heç-heçə ilə qayıtmaq pis deyil. Məqsəd C Liqasına vəsiqə qazanmaqdır. Bunun üçün şanslarımız kifayət qədər yüksəkdir.
– U-21 millisi Çexiya ilə Bakıda bərabərə qaldı. Oyunla bağlı fikirləriniz nədir?
– U-21 yığması da cəsarətli futbol göstərdilər. Doğrudur, qol buraxdıq, rəqibə çoxlu imkan verdik. Amma yaxşı müdafiə olunmaqla nəticəni qoruya bildik. Çexlərlə oyunda bərabərlik pis deyil. U-21 yaxşı komandadır, çalışmaq lazımdır ki, yaxşı nəticələrin sayını artıraq.
Şahin Cəfərov