Millimiz Çexiya və Slovakiya ilə qarşılaşacaq

26.07.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Bu gün Sumqayıtda 3×3 basketbolu üzrə qadınlar arasında Dünya Seriyasının növbəti mərhələsi start götürür.

Apasport.az xəbər verir ki, 2 gün davam edəcək yarışda 16 komanda mübarizə aparacaq.

Onlardan 12-si milli - Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya, 4-ü klubdur - “Karolina”(Puerto Riko), “Pekin”(Çin), “Takasaki”(Yaponiya), “CS Rapid”(Rumıniya).

Azərbaycan yığması Çexiya və Slovakiya ilə birgə A qrupunda gücünü yoxlayacaq. Hər 2 görüş bu gün keçiriləcək.

Dünya Qadın Seriyası
A qrupu
26 iyul

18:55 Çexiya - Azərbaycan
20:35 Azərbaycan – Slovakiya

Qeyd edək ki, qrupda ilk 2 yeri tutan komandalar 1/4 finala yüksələcəklər.

Millimiz Küveyt yığmasına məğlub olub Qadınlardan ibarət 3x3 millimizin Avropa Kubokundakı rəqibləri bəlli olub 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin iştirakçıları bəlli olub Basketbolçularımız Avropa çempionatında 12-ci olub Millimiz Dünya Seriyasının finalına yüksəlib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью