“Millimiz daha motivasiyalı olacaq” Arif Əsədov

04.10.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Moderator.az bildirir ki, Azərbaycan yığmasının sabiq baş məşqçisi Arif Əsədov bu gün baş tutacaq Litva ilə oyun barədə fikirlərini Offsideplus.az-la bölüşüb:

“Təbii ki, hazırda milli komandamız çətin durumdadır. Çünki Lixtenşteynlə itirilən iki xal heç gözlənilmirdi. Hamı Litva heç-heçəsindən sonra sonra ümidli idi ki, qalan üç oyunu da qələbə qazanaraq qrupdakı birinci pilləni millimiz tutacaq. Amma bu heç-heçə bütün planları pozdu. O baxımdan dediyim kimi, çox çətindir. Mənə elə gəlir ki, belə hallarda komanda öz birliyini, gücünü göstərməlidir. Biz inanırıq ki, millimiz Litvanı udmaq gücündədir və buna qadirdir. İnşallah ki, qalib gələcəcəyik. Düşünürəm ki, bu gün millimiz tamam başqa bir motivasiya ilə çıxacaq. Ola bilsin Litva səfərindəki heç-heçədən sonra millimizdə bir az arxayınlıq var idi. Amma futbol belə şeyləri bağışlamır. O baxımdan bugünkü oyuna məncə, millimiz daha motivasiyalı, daha istəkli çıxıb qələbə qazanmalıdır”.

Qeyd edək ki, Azərbaycan - Litva oyunu saat 17:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью