Millimiz darmadağın oldu

05.11.2024

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib. 

QOL.az xəbər verir ki, komandamız Zeniça şəhərində Bosniya və Herseqovinanın qonağı olub.

Oyunda hesab birinci hissənin başa çatmasına 2 saniyə qalmış açılıb. Jeliç komandasına üstünlük qazandırıb. 

Meydan sahibləri ikinci hissədə daha fəal olub və daha 6 dəfə fərqləniblər. 

Beynəlxalq yoldaşlıq oyunu

Bosniya və Herseqovina - Azərbaycan - 7:0
Qollar:
Bilal Jeliç, 19:58, Adnan Kalajdiç, 25:31, 34:03, Josip Başkoviç, 28:15, Samir Qosto, 34:36, Srdan İvankoviç, 36:39, Dejan Pavloviç, 39:37
Hakimlər: Farik Keço, Vedran Marçinko, Nikola Tadiç
Zeniça. Huseyn Smayloviç adına Arena

Bu komandalar arasında növbəti oyun noyabrın 5-də Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью