Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, milli komanda Litvanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Binə stadionunda keçirilən görüş rəqib komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.
Günün digər matçında Rumıniya yığması Gürcüstan seçməsini 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi turnir çərçivəsində mayın 8-də Rumıniya, 11-də isə Gürcüstanla qarşılaşacaq.