Millimiz dünya çempionatında növbəti oyuna çıxır

23.05.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində 2-ci tura start veriləcək.

QOL.az xəbər verir ki,  bu gün daha 8 qarşılaşma keçiriləcək.

A qrupunda mübarizə aparan Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq.Qrupun digər oyununda isə Mavritaniya Bəhreynlə üz-üzə gələcək.

Qeyd edək ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi ilk görüşdə Bəhreynlə heç-heçə edib - 1:1.

23 may

A qrupu

Dünya çempionatı

Qrup mərhələsi

2-ci tur

12:45. Mavritaniya - Bəhreyn

20:45. Sloveniya - Azərbaycan

B qrupu

14:00. Fransa - Özbəkistan

16:30. Çad - Rumıniya

C qrupu

15:15. İngiltərə - Macarıstan

19:30. Ukrayna - Türkiyə

D qrupu

18:15. Bolqarıstan - Hindistan

22:00. Portuqaliya - Slovakiya

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı iyunun 1-də başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью