Millimiz dünya çempionatının qalibi olub

07.06.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.
Reyting.az
xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstan seçməsi ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8) və Rəvan Kərimov (10, 29) fərqləniblər.
Qeyd edək ki, daha əvvəl keçirilən üçüncü yer uğrunda matçda Serbiya Monteneqronu (3:0) məğlub edib(Report).
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью