Millimiz dünya reytinqində GERİLƏDİ

16.12.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kişi basketbolçulardan ibarət milli komandaların FİBA reytinqi açıqlanıb. 
Bizim.Media xəbər verir ki, Azərbaycan yığması 74,7 xalla dünyada 116-cıdır. 
Millimiz Avropa komandaları arasında 44-cüdür. Basketbolçularımız ötən cədvəllə müqayisədə 12 pillə geriləyiblər. 
Yığmamız ən çox geriləyən komanda olub. Uğursuzlar sırasında yer alanlardan Taiti 8, Lüksemburq 7, Quam adaları ilə Albaniya hərəyə 5 addım geri düşüb. 
Qeyd edək ki, belə geriləməyə DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsindəki məğlubiyyətlər səbəb olub. Millimiz İrlandiyaya 67:91, İsveçrəyə 55:85 hesabı ilə uduzub. Qeyd edək ki, 160 yığmanın yer aldığı siyahıya 839 xalla ABŞ başçılıq edir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью