Millimiz Estoniya yığmasına qalib gəlib

08.08.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

"Cebheinfo.az" xəbər verir ki, millimiz 17-20-ci yerlər uğrunda görüşdə Estoniya yığması ilə qarşılaşıb.

Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 74:71.

Qeyd edək ki, yığma növbəti matçını sabah Norveç komandasına qarşı keçirəcək.

Daha əvvəl millimiz qrup mərhələsində Rumıniyaya (55:81), Portuqaliyaya (52:90), Niderlanda (72:79) və İslandiyaya (74:77) məğlub olub. Komanda 17-20-ci yerlər uğrunda matçda isə Şimali Makedoniyaya 75:73 hesabı ilə qalib gəlib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью