Millimiz Estoniyada birinci oldu

30.10.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Estoniyanın Rakvere şəhərində yunan-Roma güləşi üzrə U-15 və U-17 yaş kateqoriyalarında “Georg Lurich Memorial” beynəlxalq turniri keçirilib.

Apasport.az xəbər verir ki, milli komandanın məşqçiləri Taleh Məmmədov, Rafiq Hüseynov və Turac Hüseynlinin rəhbərliyi altında yarışda çıxış edən yunan-Roma güləşçilərimizdən 7-si fəxri kürsüyə qalxıb.

U17 yaş qrupunda Elmir Çərkəzov (60 kq) və İsfahan Həsənov (80 kq) qızıl, Raul Məmmədzadə (62 kq), Fərid Ağayev (44 kq) və Nadir Həsənov (71 kq) gümüş, Əli Məmmədov (71 kq) və Zəka Yusubov (80 kq) isə bürünc medal qazanıb.
Beləliklə, əldə olunan nəticələrə əsasən millimiz turniri komanda hesabında birinci pillədə başa vurub. İkinci yeri Gürcüstan, üçüncü yeri isə Özbəkistan tutub.

Millimiz dünya ikincisi oldu Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb Nihat Məmmədli dünya çempionatının finalında Murad Əhmədiyev mundialı medalsız başa vurdu Sənan Süleymanov dünya çempionu olub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью