Millimiz Estoniyaya məğlub oldu

29.11.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Modern.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Estoniya seçməsi ilə üz-üzə gəlib.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz qrupdakı ilk matçında İsveçrə kollektivinə məğlub olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью