Millimiz Estoniyaya məğlub oldu

29.11.2024

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Sportal.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Estoniya yığması ilə üz-üzə gəlib. Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma Estoniya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 qrupda sonuncu oyununu dekabrın 2-də Kipr yığmasına qarşı keçirəcək.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью