Millimiz FİFA reytinqində geriləyib

04.04.2025

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Hesabında 1150,64 xal olan Azərbaycan yığması 2025-ci ilin ilk cədvəlində 119-cu pillədədir. 8,06 xal itirən Fernandu Santuşun yetirmələri ötən siyahı ilə müqayisədə 2 pillə geriləyib.

Buna ötən ay keçirilən yoldaşlıq oyunları səbəb olub. Millimiz evdə Haitiyə 0:3, Belarusa 0:2 hesabı ilə məğlub olub.

Siyahıya Argentina başçılıq edir (1886,16).

L.QURBANOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью