Millimiz FİFA reytinqində irəlilədi

28.11.2024

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Noyabrın reytinqinə əsasən, yığmamız bir pillə irəliləyib. Komanda hazırda 1158,7 xalla 117-ci yerdə qərarlaşıb.
Siyahıya 1883,5 xalla Argentina liderlik edir. Fransa 1859,85 xalla 2-ci, İspaniya isə 1844,33 xalla 3-cü sıradadı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью