Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Bu gün minifutbol üzrə millimiz Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında final oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gələcək.
"Tipos Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 22.30-da start götürəcək.
Xatırladaq ki, yığmamız F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib. Komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2), yarımfinalda Serbiyanı (1:1, penaltilər - 3:1) üstələyib.