Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, yığmamız Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda baş tutan matç rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 8:0.
Qeyd edək ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi milli oktyabrın 11-də İsrail, 14-də isə Rumıniya yığmaları ilə qarşılaşacaq. Seçmə mərhələnin bütün oyunları Fransada keçirilir.