Millimiz Fransaya qarşı

30.05.2026

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyuna çıxacaq.

Gununsesi.info xəbər verir ki, F qrupunda yer alan komanda bu gün Fransa ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 15:15-də başlayacaq. Milli bu görüşdə qələbə qazanacağı halda, qrup birincisi olacaq.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv dünən İtaliyaya qalib gələrək, (3:0) pley-offa vəsiqəni təmin edib.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edib. Yığmamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью