Millimiz güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal QAZANDI

13.03.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Çempionatında Azərbaycan millisi bürünc medal qazanıb.

"Unikal" xəbər verir ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin trio komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığma üçüncü yerə sahib çıxıb.

Təmsilçilərimiz bürünc medal uğrunda qarşılaşmada Almaniya idmançılarına 16:14 hesabı ilə qalib gəliblər.

Yarışın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çexiya olub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью