Millimiz gümüş medal qazandı

30.03.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” turnirində qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, beş halqa ilə finalda idmançılarımız 23.000 xal qazanaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Macarlar qızıl, gürcülər isə bürünc medal qazanıblar.

Qrup komandası həmçinin daha bir finalda - beş gürzlə hərəkətlərdə mübarizə aparacaq.

Qeyd edək ki, bundan əvvəl yeniyetmələrin yarışında Şəms Ağahüseynova topla hərəkətdə bürünc medal qazanmışdı.

Gimnastlarımız Türkiyəyə yollanıb Təmsilçilərimiz Dünya kubokunda iştirak edəcəklər Gimnastlarımız dünya kubokunda iştirak edəcəklər 6 gimnastımız Dünya kubokunda iştirak edəcək Millimiz Belçikada bürünc medal qazanıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью