Millimiz Gürcüstan toplanışında yoxlama oyunları keçiriəcək

02.06.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Dünən 18 yaşadək oğlan basketbolçulardan ibarət yığmasının Gürcüstanın paytaxtı Tbilisi şəhərində təlim-məşq toplanışını start götürüb.

İdman.biz xəbər verir ki, hazırlıq çərçivəsində millimiz bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.

Anar Sarıyevin rəhbərlik etdiyi komandanın toplanışda əsas məqsədi 25 iyul - 3 avqust tarixlərində Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.

Qeyd edək ki, millimizin ilk təlim-məşq toplanışı iyunun 12-də yekunlaşacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью