Millimiz Gürcüstana qalib gəldi | Icma.az
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycanın U-17 millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, yığmamız Gürcüstanla qarşılaşıb. Görüş Moldova Futbol Federasiyasının Texniki Mərkəzinda keçirilib.
Matçda Azərbaycan millisi 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.
Qeyd edək ki, Azərbaycan U-17 millisi ilk oyununda Moldovaya 0:1 hesabı ilə uduzub.
Komanda 3-cü - sonuncu matçında Estoniya ilə üz-üzə gələcək (19 aprel). 12:00.
Azərbaycan U-17 - Gürcüstan U-17 - 1:0 Qol: Pünhan Kərimov, 10 Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu