Millimiz Gürcüstana yollanıb

19.11.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Azərbaycanın 18 yaşadək qız voleybolçulardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Gürcüstanın Telavi şəhərinə yola düşüb.

Apasport.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv A qrupunda Polşa və Gürcüstan ilə qarşılaşacaq.

Milli ilk oyununu noyabrın 20-də Polşaya qarşı keçirəcək.

Baş məşqçi Şahin Çatma, məşqçilər Həmid Anvari, Zihni Türkay Taylan və Serim Birolun rəhbərliyi altında turnirdə 14 voleybolçu mübarizə aparacaq: Çinarə Rəhimova, Fatimə Əliyeva, Dilarə Ağayeva, Ulyana Kovalyova, Nuray Vahablı, Mədinə Əlibəyova, Ayan Məmmədova, Çinarə Yusubova, Fatimə Mirzəyeva, Zeynəb Quluzadə, Xədicə Hadızadə, Leyla Əliyeva, Aydan Mirzəyeva, Nəzrin Məmmədli.

Qeyd edək ki, noyabrın 20–23-ü aralığında təşkil olunacaq yarış AVRO-2026-ya seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə birbaşa vəsiqə əldə edəcək.

İslamiadanın gümüş medalçısı: "Birinci olmaq üçün əlimizdən gələni etdik" “Azərreyl” Niderland klubuna məğlub olub Millimiz finalda məğlub oldu, gümüşlə kifayətləndi "Azərreyl" CEV Kubokunda ilk matçına çıxacaq İslamiada: Azərbaycan millisi finalda Türkiyə ilə üz-üzə gələcək - FOTO
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью