Icma.az, Apasport portalına istinadən məlumat verir.
İyunun 5-də Gürcüstanda gənc boksçular arasında beynəlxalq turnir start götürəcək.
Apasport.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov turnirdə Bilalhəbaşi Nəzərov, Nihat Qasımov (hər ikisi 50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (57 kq), Bagir Əmirxanlı, Tamerlan Əlimzanov (hər ikisi 60 kq), Vaqif Hacıyev (65 kq), Rza Rzayev (75 kq), Hüseyn Hüseynli (90 kq), Məhəmməd Cəfərova (+90 kq) şans verəcək.
Yarışda Fərhad Rəhmanov ölkəmizi hakim kimi təmsil edəcək.
Boksçularımız Rusiyadakı turnirdə yarımfinala vəsiqə qazanıblar Azərbaycan Boks Federasiyası Dünya Boksuna üzv olub “Heydər Əliyev Kuboku-2025” turnirinə yekun vurulub “Heydər Əliyev kuboku-2025”: 17 boksumuz finalda mübarizə aparacaq “Heydər Əliyev kuboku-2025”: Yarımfinalçılar bəlli olub