Millimiz heç heçə etdi, İngiltərə və Portuqaliyadan qələbə DÇ

22.05.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə 8 matç keçirilib.

Əvvəlcə turnirin rəsmi açılış mərasimi olub. Tədbirdə Azərbaycanın Xalq artisti Aygün Kazımova və türkiyəli məşhur müğənni Aleyna Tilki musiqi proqramı ilə çıxış ediblər.

A qrupunda yer alan Azərbaycan millisi bu gün Bəhreynlə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Yığmamızın heyətində yeganə qolun müəllifi Mirmehdi Rzayev olub. 

A qrupunun digər görüşündə Mavritaniya Sloveniya ilə heç-heçə edib - 1:1

21 may

Dünya çempionatı

Qrup mərhələsi

1-ci tur

A qrupu

20:30. Azərbaycan - Bəhreyn - 1:1

23:00. Mavritaniya - Sloveniya - 1:1

B qrupu

09:15. Fransa - Çad - 1:0

21:45. Rumıniya - Özbəkistan - 2:1

C qrupu

10:30. Macarıstan - Türkiyə - 1:1

13:00. Ukrayna - İngiltərə - 0:4

D qrupu

11:45. Bolqarıstan - Portuqaliya - 1:3

14:15. Slovakiya - Hindistan - 15:0

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatı iyunun 1-də başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью