Millimiz ilin ilk toplanışına start verib FOTO İdman və Biz

14.01.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisi 2025-ci ilin ilk təlim-məşq toplanışına start verib.

İdman.biz xəbər verir ki, yığmamız Bakıda hazırlıq keçir.

İlk məşq prosesi millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında baş tutub. Toplanışda əsas diqqət ümumi fiziki hazırlığa yönəlib.

Qeyd edək ki, 12 günlük fiziki hazırlıq prosesindən sonra millinin beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək heyəti müəyyənləşəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью