Millimiz ilk matçında məğlub oldu

07.05.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb. Sport24.az xəbər verir ki, millimiz Litvanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda keçirilən görüş rəqib komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.

Günün digər matçında Rumıniya yığması Gürcüstan seçməsini 2:0 hesabı ilə məğlub edib.Qeyd edək ki, U-16 növbəti oyununu mayın 8-də Rumıniya yığmasına qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью