Millimiz ilkin mərhələyə qələbəylə başladı

26.01.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

19 yaşadək futzalçılardan ibarət millimiz Avropa çempionatının ilkin mərhələsinə qələbə ilə başlayıb.

"Football-plus.az" xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Kosovo ilə qarşılaşıb. San Marinodakı "Multieventi Sport Domus"da baş tutan görüş millimizin 4:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
Yığmanın heyətində Hüseyn Cəfərzadə (17), Ədalət Ələkbərov (22, 35) və Rəvan Məsiyev (31) fərqlənib.
Qeyd edək ki, U-19 yanvarın yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun bütün oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью