Millimiz İngiltərə ilə eyni qrupda PÜŞK

11.03.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Çimərlik futbolu üzrə Avropa çempionatının I seçmə mərhələsinin (EBSL) püşkü atılıb.

İdman.biz xəbər verir ki, tədbirdə Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Millimiz B Liqasının A qrupunda Litva, İngiltərə və Belçika yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları mayın 23-25-də keçiriləcək.

Qeyd edək ki, qrupun matçlarına İspaniyanın El Puerto de Santa Maria şəhəri ev sahibliyi edəcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью