Millimiz İngiltərəni məğlub edərək yarımfinala yüksəldi DÇ

29.05.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Bu gün Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunları keçirilib.

QOL.az xəbər verir ki, turnirdə mübarizəni davam etdirən Azərbaycan millisi yarımfinal uğrunda görüşdə İngiltərə yığması ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Bununla da millimiz turnirin yarımfinalına yüksəlib. 

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0). Elşad Quliyevin komandası 1/8 finalda son dünya çempionu Rumıniyanı (1:1, pen.- 2:1) üstələyib.

29 may

Dünya çempionatı

1/4 final

17:30. Macarıstan - Mavritaniya - 1:0 

19:00. Monteneqro - Çexiya - 1:0

20:30. İngiltərə - Azərbaycan - 1:2

22:00. Bosniya və Herseqovina - Serbiya

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью