Millimiz İngiltərəyə məğlub oldu | Icma.az
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda keçirilən badminton üzrə qarışıq komandaların Avropa çempionatına start verilib.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisi ilk oyununu keçirib. Yığmamız I turda İngiltərə yığması ilə qarşılaşıb.
Fərdi oyunlar təmsilçilərimizin xeyrinə başa çatıb. Edi Reski Dviçayo kişilərin fərdi yarışında Harri Huanqa 2:0 (27:25, 21:13) hesabı qalib
Qadınların fərdi mübarizəsində Keişa Fatimə Zəhra Freya Redfirni məğlub edib – 2:0 (21:11, 21:17).
Cütlərin duellərində qalib gələn ingiltərəlilər matçın taleyini həll ediblər.
Keişa Dikki Dvi Pangestu ilə qarışıq cütlərin görüşündə Rori İstonla Lizi Tolmana 2 setdə (12:21, 9:21) uduzublar.
Pangestunun Aqil Qabilovla kişilərdən ibarət cütü Kallum Hemminqlə Etan Van Leuvenə məğlub olub – 0:2 (12:25, 7:25).
Tam oxu
Xəbəri oxu