Millimiz İraqla qarşılaşacaq

20.11.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, yığma İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16:00-da başlanacaq. Qarşılaşma “CBC Sport”un YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

“Kəpəz” – “Qarabağ” oyununa 500 bilet qalıb Ramiz Məmmədov: “Bu gün hamı üçün bayram idi” “Xankəndi” doğma arenada ilk oyununa çıxıb - YENİLƏNİB Futzal üzrə Yüksək və Birinci Liqaların püşkü atılıb “Neftçi”nin futbolçuları üçün seminar keçirilib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью