Millimiz İrlandiya ilə üz üzə gəlir

14.11.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası FIBA Avropa Çempionatı 2029-un ilkin təsnifat mərhələsində növbəti matçına çıxır. ​

Sportal.az xəbər verir ki, A qrupunda yer alan yığma İrlandiya (Ireland) ilə qüvvəsini sınayacaq.

Milli Gimnastika Arenasında təşkil olunacaq oyun saat 14:00-da başlayacaq. Oyun "İdman TV" kanalında canlı yayımlanacaq.

Qeyd edək ki, yunanıstanlı məşqçisi İoannis Dimantakosun (Ioannis Dimantakos) rəhbərliyi altında qrupda ilk oyununu 11 noyabrda İsveçrəyə (Schweiz, Switzerland) qarşı keçirən komandamız 33:84 hesabı ilə uduzub. Qızlarımız 17 noyabrda Bakı vaxtı ilə saat 23:30-da səfərdə İslandiya (Ísland) millisinə rəqib olacaq.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью