Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Rumıniyanın ev sahibliyi etdiyi Avropa çempionatının B divizionunda mübarizə aparan Azərbaycanın U-18 qadın basketbol yığması növbəti matçına çıxıb.
Futbolpress.az xəbər verir ki, IV tur çərçivəsində İslandiya seçməsi ilə üz-üzə gələn milli komandamız gərgin keçən qarşılaşmada meydanı məğlub tərk edib (74:77).
Bu, təmsilçimizin turnirdəki dördüncü uğursuzluğu olub. Basketbolçularımız bundan əvvəlki matçlarda Rumıniya (55:81), Portuqaliya (52:90) və Niderland (72:79) yığmalarına da güzəştə getmişdilər.
Dördüncü turdan sonra A qrupunda turnir cədvəlinə 7 xalla İslandiya başçılıq edir. Hərəyə 6 xalı olan Rumıniya və Portuqaliya 2-3-cü yerləri bölüşdürürlər. Hesabında 4 xal olan Azərbaycan və Niderland seçmələri isə sonuncu pillədə qərarlaşıblar.