sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi bu gün Avropa Liqasının İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələsində növbəti matçına çıxacaq. Sport24.az xəbər verir ki, yığmamız İspaniya ilə qarşılaşır.
Görüşün start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, komandamız ötən gün keçirilən oyunda Şimali Makedoniyanı 3:0 hesabı ilə məğlub edib.