Millimiz İsrailə qalib gəldi

26.10.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında 4-cü oyununa çıxıb.

"Yeni Sabah" xəbər verir ki, komanda İsrail yığması ilə qarşılaşıb.

Görüşdə Famil Xəlilovun baş məşqçi olduğu millimiz rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Marqarita pizza

U-15 millimiz bu gün saat 18:15-də növbəti matçında Haiti yığması ilə qarşılaşacaq. 

Azərbaycan millisi hazırda 9 xala malikdir və yalnız vurulan qolların sayına görə Haitidən geri qalaraq 3-cü yerdədir. Beləliklə, A qrupunda ikinci yerin taleyi bu oyunla həll olunacaq.

Xatırladaq ki, U-15 millimiz daha əvvəl Şərqi Timor yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью