Millimiz İsveçə darmadağın olur YENİLƏNİR

20.11.2024

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının C1 liqasının 6-cı turu çərçivəsində İsveç yığmasının qonağı olacaq.

Sportal.az xəbər verir ki, Solna şəhərində keçiriləcək oyun millimiz üçün vacib əhəmiyyət daşıyır.

Millimiz bunadək qrup mərhələsində keçirdiyi 5 görüşün hamısında məğlub olub. Bu axşam qrup sonuncusu olan dörd komandanın taleyi tam müəyyənləşəcək. Əsas rolu yekun göstəricilər oynayacaq.

Ən yaxşı nəticəyə malik iki yığma D liqasının ikinciləri ilə pley-offda üz-üzə gələcək. İki ən zəif milli isə birbaşa aşağı yuvarlanacaq.

Yığmamız İsveçi məğlub edərsə, C divizionunda qalmaq üçün pley-off görüşlərinə çıxacaq. 

Pley-off qarşılaşmaları 2025-ci il martın 26-da və 31-də keçiriləcək.

UEFA Millətlər Liqası. C Liqası, 1-ci qrup. 6-cı tur

23:45 İsveç - Azərbaycan 5:0 (İkinci hissə)

Qollar: Deyan Kuluşevski, 10, 57, Viktor Qyökereş, 26, 37, 58

Baş hakim: Pavel Raçkovski
Yan xətt hakimləri: Radoslav Syejka, Adam Kupsik
Dördüncü hakim: Voytseh Miç
"Strauberri Arena". Solna, İsveç

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью